Vəd olunan "xilafət" – ortaq düşmən

Vəd olunan "xilafət" – ortaq düşmən

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

İraq və Suriyada "İslam Dövləti" və digər radikal qruplara qarşı hava zərbələrinə başlanmasından təxminən bir həftə keçməsinə baxmayaraq, müttəfiqlərin elə də ciddi nailiyyət əldə etmədiyini söyləmək olar.

Əməliyyatlar çərçivəsində radikalların əsas gəlir mənbəyi olan neft satışını dayandırmaq üçün Suriyanın Deyr əz-Zor şəhərində "İslam Dövləti"nin nəzarətində olan Kuniko neftayırma zavoduna 12-dən çox hava zərbələri endirilib.

Suriyada "İslam Dövləti"nin nəzarəti altında olan bölgələrdə neftayırma zavodlarının sıradan çıxarılması ilkin baxışdan terrorçuların gəlir mənbəyinə zərbə kimi qiymətləndirilə bilər. Lakin "İslam Dövləti" təşkilatı və strukturunu araşdırarkən birmənalı olaraq söyləmək olar ki, terrorçu qrupların gəlir mənbəyi sadəcə neftin qeyri-leqal satışından deyil. Əksinə neftin qeyri-leqal satışı qismən də olsa, nəzarətdə saxlanıla bilən gəlir mənbəyidir. Mosul şəhərindəki bankların talan edilməsi, "xilafət xəzinəsini" daha da artırıb.

"İslam Dövləti"nin neftin qeyri-leqal satışı ilə yanaşı, müxtəlif gəlir mənbəyi var və bunlardan biri də terrorçuların nəzarətdə saxladığı ərazilərdə yaşayan dinc əhalidən vergi adı altında toplanan xəracdır.

"Xilafətin gücü"

"İslam Dövləti" terror şəbəkəsinin İraqın bir sıra yaşayış məntəqələrini ələ keçirərək ölkədə şiə müsəlmanları təhdid etməsindən sonra bir çoxları təşkilatın hədəfində yalnız şiələrin olacağını hesab edirdilər. Hətta "İslam Dövləti"nin şiələri təhdidindən sonra İraqın tanınmış müctəhidlərindən olan ayətullahül-üzma Seyyid Əli Hüseyni Sistani və iranlı ayətullah Nasir Məkarim Şirazi İraqdakı şiə müsəlmanlara cihad fitvası verdilər. Məhz bu fitvadan sonra "İslam Dövləti"nə qarşı şiə müsəlmanlardan ibarət "Milyoniyyə" (milyonluq) könüllü ordusu toplanmağa başladı.

İraq mənbələri milyonluq könüllü ordunun müstəqil şəkildə deyil, nizami ordu tərkibində olduğunu və müdafiə strategiyasını seçdiklərini bildirirlər. Lakin zaman keçdikcə, İraqda "İslam Dövləti"nin hədəflərində sadəcə şiə müsəlmanların deyil, əksinə sünni müsəlmanların, Suriyada isə sünni qruplardan ibarət ölkə müxalifətinin olduğu göründü.

Bir çoxları "Xilafət" tərkibində olan ərazilərdəki əhalinin sayca terror şəbəkəsi üzvlərindən çox olmalarına baxmayaraq, silahlı müqavimət göstərməmələrinin başlıca səbəbinin "İslam Dövləti"nə olan rəğbətdən qaynaqlandığını söyləsələr də, bu, belə deyil. Ən başlıca səbəblərdən biri "İslam Dövləti"nin kəşfiyyat şəbəkəsinin güclü olması, zəngin döyüş təcrübəsi və "Xilafət"dən narazı olanların cinsindən və yaşından asılı olmayaraq, ictimai şəkildə edam edilməsidir. Bu isə əhali arasında "İslam Dövləti"nin amansız və məğlubedilməz olduğu düşüncəsi yaratmaqdadır.

Bir çox siyasi ekspertlər hesab edirlər ki, məhz "İslam Dövləti"nin tətbiq etdiyi ictimai edam və vahimə strategiyası İraq ordusunun bir çox yaşayış məntəqələrini müqavimətsiz boşaltmasına səbəb oldu.

Bu gün "İslam Dövləti" strukturuna diqqət yetirilsə, təşkilatın region üçün beynəlxalq terror təşkilatı "Əl-Qaidə"dən daha təhlükəli və daha güclü olduğunu görmək olar. "Əl-Qaidə" ilə "İslam Dövləti" arasındakı əsas fərqlərdən biri onun müəyyən bir əraziyə hakim olmasıdır. Belə ki, hazırda "İslam Dövləti" Suriyanın 1/3, İraqın isə 1/4-nə nəzarət edir. Digər təhlükəli məqamlardan biri də ərəb və region dövlətləri üçün real təhlükə olan radikal islamçıların uzaq Əfqanıstanda deyil, Suriya və İraqda toplanmasıdır. Dolayısı ilə, region dövlətləri terror ilə qonşu olurlar.

Sabiq düşmənlərin ittifaqı. Ankara nədən ehtiyatlanır?

Bu gün İraqda və Suriyada tərəfdaşlarına və əhaliyə Allah və peyğəmbəri tərəfindən vəd edilən "Xilafət" ideyasını hər cür təzyiq və qorxu vasitəsilə təlqin edən "qara bayraqlılar"ın varlığı regionun ciddi dəyişikliklərin astanasında olduğunu göstərir. "İslam Dövləti"nə qarşı keçirilən hərbi əməliyyatlarla, iddia edildiyi kimi, tam zəfər qazanılmayacaq. Ən azından ona görə ki, "vəd olunan xilafət" ərəb şərqini parçalamaq üçün hazırlanan planın tərkib hissəsidir.

Ən acınacaqlısı isə "İslam Dövləti"nin varlığının bir vaxtlar o qədər də "ciddi qəbul edilməməsidir". ABŞ Prezidenti Barak Obama son açıqlamasında ölkə kəşfiyyatının "İslam Dövləti" təşkilatından xəbərdar olduğunu, lakin bunu o qədər də təhlükə mənbəyi hesab etmədiyini bildirib. Amma nədənsə ABŞ təhlükə mənbəyi olmayan "İslam Dövləti"ni Ərbilin astanasından geri döndərmək üçün hər vasitəyə əl atdı.

"Xilafətin" varlığı regionda bir sikkənin iki üzü hesab edilən İran və Səudiyyə Ərəbistanı arasında da yaxınlaşmaya təkan verib. Bu yaxınlaşma İraq və Suriyada özünü açıq şəkildə büruzə verməsə də, Livanda özünü göstərdi. Belə ki, Səudiyyə Ərəbistanı "Hizbullah"ın söz sahibi olduğu Livan ordusuna Suriya ilə sərhədlərin qorunması məqsədi ilə 1 milyard dollar vəsait ayırdı.

Regionun digər dövləti Türkiyəyə gəlincə isə, "İslam Dövləti"nə qarşı aparılan hərbi əməliyyatlar qismən də olsa, ölkənin maraqlarına xidmət etsə də, regiondakı kürd amili Ankaranı bir az ehtiyatlı davranmağa vadar edir. Ən azından ona görə ki, artıq Almaniya ordusu Kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"yə (xüsusi təyinatlı ordu hissələri) hərbi təlimlər keçir və PKK artıq Aİ-də "İslam Dövləti"nə qarşı ən yaxşı vuruşan təşkilat kimi qiymətləndirilib.

Ordubadda qədim abidələr aşkarlanıb
Ordubadda qədim abidələr aşkarlanıb
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
Loading Bars
Xəbər lenti
Sabahın hava proqnozu açıqlanıb
Qəbələ və Kürdəmir "Elbrus" raket sistemi ilə vurulub - ANAMA (FOTO)
İsrailin səfiri Gəncədə terror baş verən ərazidə olub (FOTO)
Düşmənin ələ keçirilən növbəti hərbi texnikaları (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Prezident İlham Əliyevə: Hər axşam neçə yaşayış məntəqəsinin azad edildiyi barədə açıqlamalarınız Türkiyədə insanların könlünə sevinc gətirir
İstənilən həkimi süni tənəffüs aparatının başına qoymaq mümkün deyil - TƏBİB
“AzerGold” işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan və Avropa şirkətləri ilə bağlı tədbirlər görür
Prezident İlham Əliyev: Ermənistana xaricdən yardım edilir, oraya muzdlular, pullu əsgərlər göndərilir
Rusiyada koronavirusdan ölənlərin sayı 25 mini keçdi
Prezident İlham Əliyev: İşğaldan azad edilmiş şəhərlərin, kəndlərin böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb
Prezident İlham Əliyev: Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur
Prezident İlham Əliyev: Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq
“Caspian Energy Club” Dövlət Vergi Xidmətinin iştirakı ilə onlayn B2G forumu keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq
Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir - MN
Cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar -TƏBİB
Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib (FOTO)
Ermənistanın Türkiyədən məhsul idxalına qadağası Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək
Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı - Ekspert
Cəbhəyə getmək istəməyən ermənilər özlərini koronavirusa "yoluxdurur" - Müsbət "COVİD-19" testi 2 min dollar
“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır - Deputat
Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir (VİDEO)
USM müayinəsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?
Düşmən cəbhədə uduzduqca raket atdığı dinc şəhərlərin sayını artırır
Hazırki şərtlər Bakıya böyük diplomatik üstünlük yaradıb - Deputat
Belə olsa, iki həftədən sonra daha pis nəticələr görə bilərik - TƏBİB-in işçi qrupunun rəhbəri (VİDEO)
Yalançı və işğalçı - Ərəb oxucuların Paşinyan haqqında fikirləri (FOTO)
Azərbaycanla yanaşı, İran da Xudafərin körpüsünün böyük iqtisadi faydasını görəcək - Ekspert
Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb - Hikmət Hacıyev (FOTO)
Azərbaycan xalqının ulu əcdadlarının Qarabağda yaşadığı sübut edilib - Tarixçi alim
Ermənistanda bir gündə 2 300-dən çox yoluxma qeydə alınıb
Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibinin riyakarlığını ifşa edib
BNA Azərbaycan əsgərinə dəstək şüarları hazırladı (FOTO)
Göygöldə ər-arvada qarşı silahlı hücum edən şəxslər saxlanıldı (FOTO/VİDEO)
Kəlbəcərdə zəngin uran yataqları var - Kəlbəcərli geoloq (VİDEO)
Qubada 29 yaşlı kişi küçədə qətlə yetirildi
Azərbaycan ordusunun qələbə yürüşü Qarabağ münaqişəsinin real həlli deməkdir - Rusiyalı politoloq
Malayziyanın dövlət xəbər agentliyi Azərbaycan Prezidentinin 20 oktyabr tarixli xalqa müraciətinə dair məqalə dərc edib
Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib (FOTO) (YENİLƏNİB)
Rusiyanı Qərbə satan Paşinyan indi də NATO-dan imdad diləyir
Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir - Hikmət Hacıyev
“İti qovan” PUA-ların istehsalı davam edir (FOTO)
Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb - MN (FOTO) (ƏLAVƏ OLUNUB)
COVİD-19 yoluxma sayı artarsa məhdudiyyətlər artırılacaq? - Baş infeksionistdən açıqlama
Azərbaycan öz ərazilərini azad etməklə beynəlxalq təşkilatların nüfuzunu bərpa edir - Ekspert
Zaqatalada ər arvadını balta ilə qətlə yetirdi
Milli Məclisdə işğaldan azad edilmiş Vəng kəndinin Çinarlı kəndi adlandırılması müzakirə ediləcək
Düşmən mövqelərimizi atəşə tutur
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək
Azərbaycanda nikaha daxil olanların orta yaşı son 29 ilin ən yüksək həddinə çatıb
BMT Azərbaycana minnətdar olmalıdır ki, onun qətnamələrini icra edir - Deputat
Oktyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistanın siyasi hakimiyyəti bir neçə çətin addım atmalıdır - Rusiyalı ekspert
Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib - MN
Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Qazaxıstanda koronavirusa daha 141 nəfər yoluxub
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
Meksikanın aparıcı radio kanalında Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri barədə məlumat verilib (FOTO)
Yunanıstan sahillərində 5,2 bal gücündə zəlzələ baş verdi
"Brent" markalı neftin qiyməti düşüb
"İnstagram"ın işində qüsurlar yaranıb
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyədə zəlzələ baş verib
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir
Avropa Şurasının başçısı koronavirusla əlaqədar təcili Aİ sammiti çağırır
İspaniyada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi
Türkiyədə koronavirusdan sağalanların sayı 308 mini ötüb
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
Polşa koronavirusun üçüncü dalğasına hazırlaşır
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlanıb
Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub
Bu sevinci bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm - Zəngilan sakini (VİDEO)
Erməni “Meydan”ı...
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
Prezident İlham Əliyev: Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Cəbrayıl rayonunun daha 5 kəndi işğaldan azad edildi
Ermənistanın Rusiyaya növbəti xəyanəti - Bu dəfə NATO-ya doğru
Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur - İbrahim Kalın
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi ilə bağlı Koordinasiya Şurası yaradılıb
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Ermənistan Türkiyədən məhsul idxalını dayandırır
Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistan səfiri
Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib (FOTO/VİDEO)
Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir
Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN
Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov
İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb (FOTO)
Polşa azərbaycanlıları işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz edir (FOTO)
Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşüb (FOTO)
Bütün xəbərlər