...

Serbiya Ermənistanda səfirlik açacaq

Siyasət Materials 2 Oktyabr 2014 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında ölkəsinin Ermənistanda səfirlik açmaq niyyətində olduğunu deyib.

Trend-in "Armenia Today"-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan özünün "Twitter"dəki mikrobloqunda yazıb.

Ermənistan XİN rəhbəri serbiyalı həmkarının dəvəti ilə Belqradda rəsmi səfərdədir.

Səfər çərçivəsində ermənistanlı nazirin Serbiya rəsmiləri ilə görüşləri planlaşdırılıb.

Qeyd edək ki, İ.Daçiç sentyabrın 10-da Azərbaycanda səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti