...

Fransa Türkiyə-Suriya sərhədində mühafizə zonasının yaradılmasını dəstəkləyir

Siyasət Materials 8 Oktyabr 2014 20:45 (UTC +04:00)
Fransa Türkiyənin Suriya sərhədində mühafizə zonasının yaradılması təşəbbüsünü dəstəkləyir.
Fransa Türkiyə-Suriya sərhədində mühafizə zonasının yaradılmasını dəstəkləyir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Fransa Türkiyənin Suriya sərhədində mühafizə zonasının yaradılması təşəbbüsünü dəstəkləyir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib.

Məlumata görə, prezidentlər söhbət zamanı Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.

Hər iki prezident "İslam Dövləti" terror təşkilatına qarşı mübarizəni dəstəklədiklərini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti