Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Suriyadan qaçqınların axını təkcə Türkiyəyə deyil, həm də bütün regiona mənfi təsir edir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "Kanal7" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə Suriyadan və İraqdan qaçqın axınının öhdəsindən gəlməkdən ötrü var gücü ilə səy göstərir və bununla əlaqədar ölkənin beynəlxalq birliyin dəstəyinə ehtiyacı var.
Nazir qeyd edib ki, hazırda Türkiyə ərazisində Suriyadan gəlmiş 1,5 milyondan artıq, İraqdan isə 20 min qaçqın var.