...

İsa Qəmbər və Arif Hacılı qınanıldı

Siyasət Materials 14 Oktyabr 2014 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin və yeni başqan Arif Hacılının Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinq zamanı tribunaya dəvət edilməməsi AXCP ilə Müsavat Partiyası arasında mövcud olan intriqanın nəticəsidir. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, Müsavat Partiyası Milli Şuradan onu pis vəziyyətdə qoyaraq çıxdı: "İndi isə mitinq məsələsi müzakirə edilərkən Müsavat Partiyası nə müzakirələrdə iştirak etdi, nə də öz nümayəndəsin göndərdi. Mitinqin bir qaydası var. Mitinqdə iştirak etmək istəyən partiya müzakirələrdə iştirak edir. Müsavat Partiyası yalnız bir gün qalmış mitinqdə öz üzvlərinin iştirakına icazə verdi və müzakirələrdə iştirak etmədi".

Politoloq hesab edir ki, Milli Şura İsa Qəmbəri və Arif Hacılını mitinq zamanı tribunaya çağırmamaqda düzgün etdi: "Çünki onlar tərəfdarlarını, partiya üzvlərini mitinqə gətirə bilməmişdilər. Yalnız İsa Qəmbər və Arif Hacılı hərəsi bir şəkil götürüb mitinqə gəlmişdilər, yəni mitinqin kütləviliyinə heç bir qatqıları yox idi. Bu səbəbdən də siravi bir mitinqçi kimi bir kənarda qaldılar".

Onun sözlərinə görə, bunu Əli Kərimlinin İsa Qəmbər üzərində qələbəsi kimi də qiymətləndirmək olar: "Bunu başqa cür də qiymətləndirmək olar. Çünki İsa Qəmbər yavaş-yavaş siyasi səhnədən silinir. Artıq İsa Qəmbər öz şəxsi işləri ilə, memuar yazmaqla məşğul olur, arada bir partiyaya gəlir, tapşırıqlar verib gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti