...

Rövşən Rzayev: Azərbaycan Ermənistanın mövcud olduğu tarixi torpaqlarına olan hüquqlarını bərpa etməlidir

Siyasət Materials 16 Oktyabr 2014 18:08 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı 29 may 1918-ci il tarixli qərarı Milli Məclisdə müzakirəyə çıxarılmalı və bu qərarın qüvvədən salınması üçün lazımi tədbirlər görülməlidir.
Rövşən Rzayev: Azərbaycan Ermənistanın mövcud olduğu tarixi torpaqlarına olan hüquqlarını bərpa etməlidir

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı 29 may 1918-ci il tarixli qərarı Milli Məclisdə müzakirəyə çıxarılmalı və bu qərarın qüvvədən salınması üçün lazımi tədbirlər görülməlidir. Bu barədə Trend-ə millət vəkili Rövşən Rzayev deyib.

Ermənistanın bu gün Azərbaycanın əzəli torpaqlarında yerləşdiyini xatırladan millət vəkili vurğulayıb ki, dünya ictimaiyyəti də bilməlidir ki, bu gün Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərə vaxtilə Azərbaycan ərazi verib və bu günə qədər onlar həmin ərazilərdə yaşayırlar: "Ermənilər də bilməlidirlər ki, Azərbaycan və tarix bunu bilir və tarixi həqiqət öz yerini tapacaq. Bu məsələni Azərbaycan Parlamentində qaldırıb müzakirə etmək və bu istiqamətdə ciddi iş aparmaq lazımdır".

R.Rzayev əlavə edib ki, təbii ki, ermənilər tarixi həqiqətləri gizlətməyə çalışırlar: "Amma biz tarixi həqiqətləri üzə çıxararaq dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Azərbaycan ərazilərində ermənilərə bir dəfə torpaq verilib, onlara bir dəfə dövlət yaratmağa imkan verilib. Ermənilər bu gün yenidən Azərbaycan ərazilərinin 20 faizini işğal ediblər. Təbii ki, Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Biz öz tarixi torpaqlarımıza olan hüquqlarımızı bərpa etməliyik".

Millət vəkili hesab edir ki, bu məsələnin ortalığa atılması qətiyyən Osmanlı Türkiyəsinin ünvanına söylənilmiş fikir kimi qəbul edilməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti