...

İlham Əliyev Tacikistanın Baş naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 16 Oktyabr 2014 19:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.
İlham Əliyev Tacikistanın Baş naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri haqqında fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrimizin daha da dərinləşdirilməsində böyük rol oynayacağı qeyd olundu. Səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti