...

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Siyasət Materials 21 Oktyabr 2014 16:19 (UTC +04:00)
Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə təklif Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə təklif Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M.Pənahov bu il də bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bundan əlavə, iclasda "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilib.

İclasda qeyd olunub ki, bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. 2015-ci il yanvar ayının 17-nə qədər isə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi başa çatmalıdır. Bələdiyyə seçkilərində təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlayacaq.

Bələdiyyə seçkiləri 1607 bələdiyyəni əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti