...

Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 12 Noyabr 2014 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb.

Trend-in məlumatına görə, H.Ruhani Bakı vaxtı ilə 15:30 radələrində paytaxta gəlib.

H.Ruhaninin səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcəyi nəzərdə tutulub.

İran Prezidentinin Azərbaycanın dövlət rəhbərliyi ilə görüşü planlaşdırılır. Bununla yanaşı, Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında bir sıra sahələri əhatə edən 10 sənədin imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti