...

Mübariz Əhmədoğlu: Ermənilər Moskvanın daxilində qanıaxan yaradır və bununla da onlar Rusiya üçün digər cəbhələrdən daha təhlükəlidir

Siyasət Materials 14 Noyabr 2014 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistana məxsus hərbi vertolyotlardan birinin vurulması münaqişənin tənzimlənməsində dönüş mərhələsi yarada bilər. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, iqtisadi, hərbi parametrlər tamamilə Azərbaycanın xeyrinə dəyişib: "Geosiyasi vəziyyət ermənilərin əleyhinədir. İlkin Muradovun bu hərəkəti Azərbaycan Ordusunun vacib dövrdə psixoloji əhval-ruhiyyəsində çox ciddi dəyişiklik yaratdı. Ermənilər özlərinə avqust insidentlərindən sonra qalib olduqlarını təlqin etmişdilər. 12 vertolyotdan birini, üç zabiti itirmək İlkin Muradovun cəsarəti olsa da, erməni özündənrazılığının rolu da inkar olunmamalıdır".

M.Əhmədoğlunun sözlərinə görə, vertolyotun vurulması uzun müddət müzakirə mövzusu ola bilər.

Politoloq hesab edir ki, ermənipərəst Rusiya ekspertlərinin ilkin şərhləri Ermənistan tərəfinin iri hərbi təxribata hazırlaşdığının göstəricisidir: "Müxtəlif rusiyapərəst ekspertlərdən gələn rəylərin mahiyyəti eynidir: Avrointeqrasiya layihələri reallaşdıran Azərbaycan Moskvaya ikinci cəbhə açır. Hətta Modest Kolerov kimi yüksəkçinli siyasətçi ikinci Soçinin olmayacağı ilə Bakını hədələyir. Onun fikrindən belə başa düşülür ki, avqust insidentini Bakı törətdi, vəziyyət gərginləşən kimi Vladimir Putin Soçidə görüş təşəbbüsü irəli sürdü və Bakı sifətini qorudu. İstənilən siyasətçi üçün, xüsusilə rus dövlətinin təmsilçisi üçün belə şərh təkcə savadsızlıq deyil, həm də dövlətçiliyə zərbə nümunəsi kimi qəbul edilməlidir".

M.Əhmədoğlu qeyd edib ki, reallıq Ermənistanın Rusiyaya qarşı xəyanətkarlığının yeni dalğasının başlandığını göstərir və bu xəyanətkarlıq dalğası məhz Soçidən başladı:

"I) V.Putin Soçidə Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində xüsusi statusu barədə təklif irəli sürdü. Azərbaycan təklifi qəbul etdi. Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusunu birbaşa Putinin üzünə rədd etdi; II) KTMT NATO ilə əlaqələri dayandırmaq barədə iki dəfə qərar qəbul edib. Hər iki halda Ermənistan bu qərarları rəsmən rədd edib. Hal hazırda Ermənistanda "NATO həftəsi" keçirilir. Ermənistan NATO ilə 4-cü IPAP imzaladı; III) Müdafiə naziri S.Ohanyan Belçikada NATO Baş katibinin müavini Aleksandr Verşbou və NATO-da ABŞ qoşunlarının komandanı Filipp Bridlava ilə görüşdü. Təhlükəsizliyə regional və beynəlxalq təhdidlər kontekstində Ermənistan-NATO əməkdaşlıq məsələləri müzakirə edildi. Tərəflər əməkdaşlığın indiki səviyyəsini yüksək qiymətləndirdilər və inkişafın indiki uğurla inkişafına ümid etdilər. A.Verşbou Rusiyanı İŞİD-dən daha təhlükəli hesab edir. F.Bridlavanın Rusiyaya münasibəti, Gürcüstanla əlaqələri bəllidir. Azərbaycanın işğal olunmuş ərazilərindəki son geniş miqyaslı hərbi təlimləriS.Ohanyanın A.Verşbou və F.Bridlava ilərazılaşdırdığını ehtimal etmək olar. M.Kolerov bunu inkar edə bilməz; IV) Ermənistan işğal olunmuş ərazilərdə ən iri hərbi təlimə başlayarkən 11 siyasi addım atıb. Onun cəmi 2-si, nisbətən əhəmiyyətsizi RF istiqamətindədir. Daha kəsərli 9-u isə NATO və Aİ istiqamətindədir.ER Müdafiə naziri S.Ohanyanın RF Müdafiə naziri S.Şoyqu ilə imzaladığı müqavilə isə sadəcə protokol tədbiridir. Hətta buna baxmayaraq rəsmi Yerevan həmin müqavilənin əsas tezisini inkar etdi".

Politoloq vurğulayıb ki, Azərbaycan heç bir yeni Avrointeqrasiya layihəsi reallaşdırmayıb.

Onun sözlərinə görə, Azərbaycan Avropanın mərkəzinə qaz satması isə yalnız geoiqtisadi layihədir: "Pul qazanır, doyunca da pulu var, amma bu pulu heç bir dövlətin, o cümlədən Rusiyanın əleyhinə xərcləməyib. Qazandığı pulu müstəqilliyinin möhkəmləndirməsinə xərcləyir. Azərbaycanın müstəqil siyasətini isə hətta Rusiya etiraf edir. Ermənilər tarixən xəyanətkardırlar. Rusiya isə ermənı xəyanətkarlığından ən çox ziyan çəkən dövlətdir. Ermənilərin SSRİ-ni dağılmasında Qərbin əlində əlində alət olmasını, Sovet ordusuna qarşı ilk hücumları təşkil etməsi və digər bu məsələləri nəzərə almaqla Ermənistanın hansı yolda olduğu aydın görünür".

M.Əhmədoğlu bildirib ki, Moskvadakı ermənilər və onların təsiri altında olanlar Rusiya üçün daxili qanaxmadırlar: "Rusiya içəridən zəifləyir, sarsılır. Rusiyaya qarşı açılmış ən təhlükəli cəbhə də budur. Şimali Qafqaz və s. sonrakı cəbhələr olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti