...

Azərbaycanlı kursantlar Türkiyənin hərbi məktəblərini ziyarət edəcəklər

Siyasət Materials 15 Noyabr 2014 10:26 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycanlı kursantlar Türkiyənin hərbi məktəblərini ziyarət edəcəklər

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, noyabrın 17-dən 18-dək Türkiyənin Ankara şəhərində Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, daha sonra isə İstanbul şəhərində Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.

Bundan əlavə, noyabrın 17-dən 21-dək Almaniyanın Oberammerqau şəhərində NATO qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti