...

Ağ evdə "erməni soyqırımı"nı "əks etdirən" xalça sərgilənməyə başlayıb

Siyasət Materials 19 Noyabr 2014 10:00 (UTC +04:00)
ABŞ hakimiyyəti qondarma “erməni soyqırımı”nı "əks etdirən" xalçanı Ağ evdə sərgiləməyə başlayıb.
Ağ evdə "erməni soyqırımı"nı "əks etdirən" xalça sərgilənməyə başlayıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

ABŞ hakimiyyəti qondarma "erməni soyqırımı"nı "əks etdirən" xalçanı Ağ evdə sərgiləməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti xəbər yayıb.

Məlumata əsasən, xalça 23 noyabr tarixinədək nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, keçən il erməni lobbisinin istəyinə baxmayaraq Ağ ev "erməni soyqırımı"nı "əks etdirən" xalçanın sərgilənməsinə icazə verməmişdi.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti