...

Сənubi Koreyanın Baş naziri Azərbaycana gəlir

Siyasət Materials 20 Noyabr 2014 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Сənubi Koreyanın Baş naziri Çunq Honq-von (Chung Hong-won) gələn həftə Azərbaycana səfərə gəlir.

Trend-in Yonhap İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, çərşənbə günü başlayacaq səfər çərçivəsində Baş nazir Azərbaycan rəhbərliyi ilə görüşəcək. Görüş zamanı infrastruktur, neft-kimya və müdafiə sənayesi də daxil olmaqla, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Çunq Honq-vonun Azərbaycana səfəri onun bu həftə Misir və Mərakeşə səfərindən sonra baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti