...

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi keçirilib (FOTO)

Siyasət Materials 15 Yanvar 2015 12:55 (UTC +04:00)
Yanvarın 15-də Türkiyədə dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yanvarın 15-də Türkiyədə dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Trend-in "TRT-Haber" kanalına istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti