İlham Əliyev Daxili İşlər Nazirliyinin qurumları üçün yeni alınan avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib (FOTO)

İlham Əliyev Daxili İşlər Nazirliyinin qurumları üçün yeni alınan avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Azadlıq meydanında Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Son illərdə yol polisinin bütün şəxsi heyətinin işinin səmərəli qurulması, yol hərəkəti təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının, qarşıda duran vəzifələrin icrası, işin daha səmərəli qurulması istiqamətində görülən tədbirlərin nəticəsidir ki, bu gün digər hüquq mühafizə orqanlarında olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində də əməkdaşların fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Daxili İşlər Nazirliyi orqanlarında maddi-texniki təchizatın yaxşılaşdırılması ilə bağlı xeyli iş görülüb, yeni texniki vasitələrin alınmasına başlanıb. Post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan "Fiat Doblo" və "BMW" markalı avtomobillər bu sırada mühüm yer tutur. Ümumilikdə yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan "infrared" işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompüter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.

Onu da deyək ki, son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yol infrastrukturunun yenidən qurulması, yeni yolların, körpülərin, yeraltı keçidlərin salınması yol polisi, həmçinin yol-patrul xidməti əməkdaşlarını daha məsuliyyətli olmağa, yol təhlükəsizliyini daha yüksək səviyyədə qurmağa sövq edir. Çünki ölkədə nəqliyyat vasitələrinin artması təbii olaraq yol hərəkətində problemlərin yaranmasına da səbəb olur. Dövlət yol polisinin yeni texniki vasitələrlə təmin olunması isə bu amillərin aradan qaldırılmasına hesablanıb. Şübhəsiz ki, xidmətin səmərəli yerinə yetirilməsində patrul avtomobillərinin müasirliyi böyük əhəmiyyət daşıyır. Bu da yeni avtomobillərdə hərəkətin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə imkan verir.

Qeyd edildi ki, saxlanılan şəxslərin daşınması üçün "Mercedes" markalı 20 mikroavtobus alınıb.

Prezident İlham Əliyev mikroavtobuslarla da tanış oldu.

BŞTİ vətəndaşları video formatda qəbul edəcək
BŞTİ vətəndaşları video formatda qəbul edəcək
Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri
Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri
Xocalı soyqırımı heç zamanı unudulmayacaq bir faciədir - Ombudsman
Xocalı soyqırımı heç zamanı unudulmayacaq bir faciədir - Ombudsman
Loading Bars
Xəbər lenti
Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər - Erkan Özoral
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan bu məsələni həll etdi
Qəbələyə çəkilən dəmir yolu xətti hazırdır - Cavid Qurbanov
Xocalı sakinlərinə kompensasiyaların verilməsi ilə bağlı işlər görülür - Ombudsman
BŞTİ vətəndaşları video formatda qəbul edəcək
Hər il fevralın 26-da ilk dərs Xocalıya həsr olunur - Təhsil naziri
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib
Prezident İlham Əliyev: Ermənistanın indi çox ağır durumda olmasının səbəbkarları indiki və keçmiş rəhbərləridir
Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri
Xocalı soyqırımı heç zamanı unudulmayacaq bir faciədir - Ombudsman
İranın səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Hərbi əsirlərlə bağlı məsələ mütəmadi olaraq diqqətdə saxlanılır - Ombudsman
Prezident İlham Əliyev: Laçın və Zəngilanda da aeroport tikmək planımız var
Dünyaca məşhur fotoqraf Reza Deqati Xocalı faciəsi barədə fotofaktları təqdim edib
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
Ağdam rayonunun Tərnöyüt kəndi (FOTO/VİDEO)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
“Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
“Xocalı soyqırımını unutmayaq” müsabiqəsininin qalibləri müəyyən edilib (FOTO)
Bəşəriyyətə qarşı bu cinayəti unutmadıq, unutmayacağıq - Mövlud Çavuşoğlu
Azərbaycan ilk dəfə Xocalı faciəsini qalib ölkə kimi anır - ADA Universitetinin rektoru
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir - CANLI
Regionda yeni reallıq yaransa da, Ermənistanın düşmənçilik ritorikası davam edir - Nazir
Bakının əsas prospektlərinin birində qəza olub
Dünya dövlətləri Ermənistanın minaların xəritəsini gizlətməsinə səssiz qalmamalıdır - XİN rəhbəri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər (VİDEO) (YENİLƏNİB)
44 günlük müharibədə də Ermənistan tərəfdən eyni terror taktikasının şahidi olduq - Ceyhun Bayramov
Baş Prokurorluq Xocalı soyqırımının ildönümü ilə bağlı videoçarx hazırlayıb
Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik - Hikmət Hacıyev
Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər - Naqif Həmzəyev
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ilk eksponatları (FOTO)
Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)
Xocalı dəhşətləri anbaan: Şahidlər ilk dəfə olaraq hadisə yerlərində danışır - Trend TV-nin reportajı
Beynəlxaq məhkəmə Xocalı soyqırımını tanımalıdır - Politoloq
Cəlilabad rayonunda 4 otaqlı ev yanıb
Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı (FOTO/VİDEO)
Xocalı soyqırımı tarixdə ən amansız qətliam kimi qalacaq - Sevil Mikayılova
Xocalı qətliamı ABŞ-ın Yuta Universitetində müzakirə olundu
Yaponiyada fövqəladə vəziyyət rejimi paytaxt bölgəsi xaricində hər yerdə vaxtından əvvəl ləğv ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb
Varşavadakı Azərbaycan Evində Xocalıya həsr olunmuş sərgi təşkil edilib ( FOTO)
ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımı qurbanlarının Bolqarıstanda yad edilməsinə çağırış edilib
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" tələbi ilə lövhələr yerləşdirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir - Arzu Nağıyev
Ottava şəhərindəki "Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Bütün xəbərlər