Azərbaycan, Bakı, 11 fevral /Trend/
Türkiyə parlamenti Azərbaycanla imzalanmış sazişi təsdiqləyib. Bu barədə Trend Türkiyə Böyük Millət Məclisinin rəsmi saytına istinadən məlumat verir.
Məlumata əsasən, parlament Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi təsdiq edib.
Qeyd edək ki, sözügedən sənəd 2013-cü il noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində imzalanıb. Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin sabiq nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzalayıblar.