...

Vilayət Quliyev Macarıstanın daxili işlər naziri və Budapeşt şəhərinin meri ilə görüşüb

Siyasət Materials 12 Fevral 2015 14:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstanın daxili işlər naziri, general-polkovnik Şandor Piter və Budapeşt şəhərinin meri İştvan Tarloşla görüşüb.
Vilayət Quliyev Macarıstanın daxili işlər naziri və Budapeşt şəhərinin meri ilə görüşüb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstanın daxili işlər naziri, general-polkovnik Şandor Piter və Budapeşt şəhərinin meri İştvan Tarloşla görüşüb.

Səfirlikdən Trend-ə bildiriblər ki, görüşlər zamanı ötən ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji əməkdaşlıq haqqında birgə bəyannamə"dən, Bakı şəhər icra hakimiyyətinin başçısı H.Abutalıbov və Budapeşt meri İ.Tarloş tərəfindən imzalanan "Bakı şəhər icra hakimiyyəti ilə Budapeşt şəhər meriyası arasında dostluq və əməkdaşlıq sazişi"ndən irəli gələn vəzifələr, qarşılıqlı əməkdaşlıq və işbirliyinin intensivləşdirilməsi yolları ətrafında müzakirə aparılıb.

Macar rəsmilərinin xahişi ilə səfir Vilayət Quliyev onlara bu il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa İdman Oyunlarına hazırlıq işlərinin gedişi barəsində də ətraflı məlumat verib. Görüşlər zamanı qarşılıqlı səfərlər mövzusunda da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti