...

"Azercell"in prezidenti Moldovanın Baş naziri ola bilər

Siyasət Materials 14 Fevral 2015 11:57 (UTC +04:00)
Moldovanın yeni Baş naziri vaxtilə "Azercell" şirkətinin prezidenti vəzifəsində çalışmış Kirill Qaburiç ola bilər.
"Azercell"in prezidenti Moldovanın Baş naziri ola bilər

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Moldovanın yeni Baş naziri vaxtilə "Azercell" şirkətinin prezidenti vəzifəsində çalışmış Kirill Qaburiç ola bilər.

Trend-in Moldova mətbuatına istinadən verdiyi məlumata görə, iqtidar koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyası Prezident Nikola Timoftiyə Baş nazir vəzifəsinə K.Qaburiçin namizədliyini təqdim edəcək.

Xatırladaq ki, 38 yaşlı K.Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda "Azercell" şirkətinin prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti