...

Rumıniya bundan sonra da NATO-Azərbaycan əlaqələrini dəstəkləyəcək

Siyasət Materials 2 Mart 2015 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və NATO arasında əlaqələr strateji xarakter daşıyır, Bakı və alyans əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Trend-in məlumatına görə, bunu Rumıniyanın ölkəmizdəki səfiri Daniel Çiobanu Bakıda keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, Azərbaycan regionda etibarlı tərəfdaşdır, Avropanın enerji təhlükəsizliyi baxımından vacib ölkədir: "Rumıniya bundan sonra da NATO-Azərbaycan əlaqələrinin genişləndirilməsini dəstəkləyəcək".

Tədbirdə alyansın üzv ölkələrinin səfirliklərinin diplomatları və hərbi attaşeləri iştirak ediblər. İştirakçılar NATO və Azərbaycanın müsbət əməkdaşlığı üzrə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti