...

Siyavuş Novruzov: Milli Şuranın mitinqinin sifarişi xaricdən gəlib

Siyasət Materials 11 Mart 2015 11:29 (UTC +04:00)
Milli Şuranın martın 15-ə təyin etdiyini mitinqin sifarişi xaricdən gəlib. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov: Milli Şuranın mitinqinin sifarişi xaricdən gəlib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqin sifarişi xaricdən gəlib". Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun fikrincə, bu mitinqin heç bir əsası yoxdur: "Çünki manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar bunun zəruri tərəflərinin nədən irəli gəlməsi, xeyirli tərəflərinin nədən ibarət olması ilə əlaqədar cəmiyyətə kifayət qədər informasiya verildi. Milli Şura adlanan ölü bir qurum özünün mövcud olmasını göstərmək üçün belə addımlar atır. Deyirlər ki, tikilən stadiona və yaxud da yolların, müxtəlif ərazilərin abadlaşdırılması üçün bu qədər xərc çəkilib. Təbii ki, bu işlərdə minlərlə azərbaycanlı çalışıb, evlərinə çörək aparıblar, ölkəmiz abadlaşıb. Bu pullar havayı yerə xərclənməyib ki".

S.Novruzov əlavə edib ki, Milli Şuranın nə ekspertləri, nə iqtisadçıları var: "O qədər bisavad, əsassız bəhanələr gətirirlər ki. Təbii ki, bunların da sifarişləri xaricdən gəlir, daxili məsələ deyil. Çünki daxildə ictimaiyyət bunların hamısını başa düşür, ictimaiyyətin bu məsələlərə reaksiyası bəllidir və o mitinqə də heç kim gəlməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti