Eldar Mahmudov: Son dövrlər bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar

Eldar Mahmudov: Son dövrlər bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar

Azərbaycan, Bakı, 28 mart /Trend/

"İndiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib. Eyni zamanda, respublikamıza qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir". Trend-in məlumatına görə, bunu martın 28-də milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin akt zalında keçirilən tədbirdə çıxışı zamanı milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov deyib. Bu barədə məlumatı MTN-nin İctimai Əlaqələr İdarəsi yayıb.

E.Mahmudov deyib ki, bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib: "Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplamış və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışmışdır. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır".

Silahlı Qüvvələrdə gedən islahatlar və müşahidə olunan müsbət meyildə hərbi əks-kəşfiyyat orqanlarının uğurlu rolunu qeyd edən general-polkovnik Eldar Mahmudov, bu istiqamətdə nöqsanların vaxtında aşkarlanması və qarşısının alınması üzrə fəaliyyət xəttinin, Müdafiə Nazirliyi və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr ilə işgüzar əlaqələrin daha da gücləndiyini vurğulayıb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib. Suriya Ərəb Respublikasının ərazisindəki qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb.

Nazir Eldar Mahmudov Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etməklə hüquqazidd əməllər törətmələri hallarının narahatlıq doğurduğunu bildirərək, vəziyyətin belə mənfi təzahürlərlə və ümumilikdə dini ekstremizmlə mübarizənin cəmiyyətin də yaxından cəlb olunması ilə daha səmərəli aparılmasını zəruri etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu baxımdan, qeyd olunan istiqamətdə, xüsusən, birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ötən peşə bayramından hazırki dövrədək olan müddət ərzində də narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması üçün səmərəli tədbirlər davam etdirilib. Bu müddətdə 329 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 183 kiloqram heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Ümumilikdə 41 cinayət işi başlanıb, 84 nəfər məsuliyyətə cəlb olunub.

Bundan başqa, Rusiya Federasiyasının aidiyyəti orqanları ilə tərəfdaşlıq çərçivəsində birgə keçirilmiş əməliyyatlar nəticəsində 2 fakt üzrə 3 nəfər Rusiya vətəndaşından 160 kiloqramdan çox narkotik vasitə götürülüb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 24,5 kiloqramdan çox qurudulmuş marixuana götürülüb, 1 Ukrayna, 9 Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmiş 5 nəfər Azərbaycan Respublikası vətəndaşından külli miqdarda narkotik vasitə ilə yanaşı, "Makarov" tipli 2 tapança, "Naqan" tipli 1 revolver və xeyli sayda döyüş sursatı götürülüb.

Təxminən 11 kiloqrama yaxın, dövriyyəsi qadağan edilmiş civəni xarici ölkə vətəndaşına satmaq istəyən daha 1 nəfər Azərbaycan Respublikası vətəndaşı barəsində isə cinayət işi başlanıb.

Nazir Eldar Mahmudov qeyd edib ki, Azərbaycan Respublikasının iqtisadi potensialı əleyhinə təhdidlərin neytrallaşdırılması işi milli təhlükəsizliyimiz üçün mühüm şərtdir. Milli təhlükəsizlik orqanları tərəfindən il ərzində yalançı sahibkarlıq vasitəsilə külli miqdarda əmtəəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsi faktları üzə çıxarılıb. Həmçinin qiymətli daş-qaşın və zinət əşyalarının, eləcə də qanunsuz rabitə xidmətinin təşkilində istifadə olunan rabitə cihazlarının qaçaq yolla ölkə ərazisinə gətirilməsi faktları aşkarlanıb. İfşa edilmiş digər mütəşəkkil cinayətkar dəstə tərəfindən müştərilərin hesablarından külli miqdarda vəsaitin talanması halları müəyyən edilib, bu faktlar üzrə 7 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub.

Saxta pul və qiymətli kağızların hazırlanması, müxtəlif şəxslərin adına sənədləşdirilməsi yolu ilə vəsaitlərin mənimsənilməsi faktları da aşkar olunub. Hərbi xidmətdən yayınmaq üçün saxta sənədlərdən istifadə edilməsi, ali təhsil haqqında sənədin saxtalaşdırılması və sair hallar müəyyən edilib. Hazırda bütün bu faktlarla bağlı 14 cinayət işinin istintaqı aparılır.

Ötən müddət ərzində qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri rəhbər tutularaq ümumilikdə 275 şəxs barədə 142 cinayət işinin tam, hərtərəfli və obyektiv istintaqı aparılıb, 128 nəfər məsuliyyətə cəlb edilib.

Nazir Eldar Mahmudov bildirib ki, müasir dövrdə hər bir xüsusi xidmət orqanının qarısında ən vacib vəzifələrdən biri milli təhlükəsizliyə qarşı təhdidlərin dəqiq proqnozlaşdırılması və meyillərin vaxtında müəyyən edilməsidir. Bu baxımdan günün tələbləri nəzərə alınaraq həyata keçirilmiş islahatlar işin daha səmərəli təşkilinə təkan verib. Eyni zamanda diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlıq əlaqələri ildən-ilə genişlənən və daha səmərəli xarakter alan Milli Təhlükəsizlik Nazirliyi hazırda 51 xarici dövlətin 76 xüsusi xidmət orqanı, habelə bir sıra beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqələrə malikdir. Əməkdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir.

General-polkovnik Eldar Mahmudov olduqca çətin şəraitdə xidmət aparan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. Həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən muxtar respublikadakı ictimai-siyasi və dini proseslərə, burada dislokasiya olunmuş hərbi strukturlara xüsusi diqqət göstərilməsi kimi kəşfiyyat-pozuculuq fəaliyyətlərin qarşısı alınıb.

Eyni zamanda, Suriya Ərəb Respublikasındakı qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Naxçıvan MR MTN-in həyata keçirdiyi tədbirlər nəticəsində 11 fakt üzrə 16 nəfər şəxs istintaqa cəlb olunub.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Futbol üzrə İspaniya çempionatında "Atletiko" "Valensiya"nı məğlub etdi
Qanada avtobus qəzasında ən az 6 nəfər ölüb
Ərdoğan Nigeriya sahillərində qaçırılan gəminin kapitanı ilə telefonla danışıb
İngiltərə Kuboku: "Mançester Yunayted "Liverpul"u məğlub etdi
Bu sahələrin fəaliyyəti bərpa olundu
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
Bu gündən bərbərxanalar və gözəllik salonları açılır
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Bakıda fərdi evdə yanğın olub
ÜST: Dünyada koronavirus qurbanlarının sayı 2,11 milyonu ötüb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
İran xarici işlәr naziri Bakıya gəlib
ABŞ-da koronavirus qurbanlarının sayı 417 mini keçib
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb
Niderland polisi dünyada ən çox axtarılan narkobarnlardan birini həbs edib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Antarktida sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb
Füzuli rayonunun Aşağı Aybasanlı kəndi (FOTO/VİDEO)
"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb
"Quşçu" palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir - Dövlət Qoruğunun direktoru (VİDEO)
Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır - XİN
İranda koronavirusdan daha 89 nəfər ölüb
Azərbaycanda son sutkada 568 nəfər COVID-19-dan sağalıb, 287 nəfər yoluxub, 10 nəfər vəfat edib
Portuqaliyada prezident seçkilərində sesvərmə başlayıb
Kəlbəcər rayonunun Comərd kəndi (FOTO/VİDEO)
Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək
Qazi və ailəsi sosial dəstəklə təmin olunur
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
İstixana sahiblərinə güzəşt olunacaq - "Azəriqaz"
Qobustan Qoruğu ziyarətçilər üçün açılır
Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Füzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar
Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır
Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb
Portuqaliyada prezident seçkiləri keçiriləcək
Britaniyada bir sutkada koronavirusdan 1 348 nəfər ölüb
Çili sahillərində 7 bal gücündə zəlzələ olub
Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir azərbaycanlı öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Bütün xəbərlər