Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycan və Fransa regionlar arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edıəcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
Səfir Mingəçevirə gedəcəyini deyib: "Səfər aprelin 6-na planlaşdırılıb".
Diplomat Mingəçevirdə bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə Mingəçevir və Fransanın regionları arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq müzakirə olunacaq.