Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Müsavat Partiyası tərəfindən Bakı şəhərində aprelin 19-da planlaşdırılan yürüşün keçirilməsi ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətində yürüşün təşkilatçısı Razim Əmiraslanlı ilə görüş keçirilib. Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Görüşdə ona planlaşdırdıqları yürüşün ərazisi nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan, yürüşdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin, eyni zamanda, nəqliyyat vasitələrinin iş ahənginin və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərin yaranma ehtimalını nəzərə alaraq, yürüşün keçirilməsinin mümkün olmadığı bildirilib.
Eyni zamanda, Müsavat Partiyasının nümayəndəsi R.Əmiraslanlıya həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirilməsi təklif olunub.
О isə bildirib ki, mitinq keçirmək niyyətləri yoxdur.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavata "yox" dedi
Müsavat Partiyası tərəfindən Bakı şəhərində aprelin 19-da planlaşdırılan yürüşün keçirilməsi ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətində yürüşün təşkilatçısı Razim Əmiraslanlı ilə görüş keçirilib.