Azərbaycan, Bakı, 21 aprel /Trend/
"Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın". Trend-in məlumatına görə, bunu "twitter" səhifəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.
N.Məmmədov bildirib ki, 7-8 il ərzində "Nabukko" ilə bağlı verilən təkliflər və aparılan danışıqlar isə bunu təsdiq etməyə imkan vermir. "İndi artıq "Nabukko" tamam unudulub, görəsən Avropada belə məsələlərə əhəmiyyət verilir?"
Novruz Məmmədov: Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında etibarlılığına inam azalmasın
Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın.