...

Prezident İlham Əliyev və xanımı yeni inzibati binanın açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 7 May 2015 13:19 (UTC +04:00)
Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.
Prezident İlham Əliyev və xanımı yeni inzibati binanın açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.

Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu.

Daha sonra dövlətimizin başçısı veteranlarla görüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti