...

Siyavuş Novruzovun siyasi partiyalara məsləhəti

Siyasət Materials 24 May 2015 11:45 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanda siyasi partiyalardan maliyyə hesabatı zamanı auditor rəyinin tələb olunacağı məsələsinə aydınlıq gətirib.
Siyavuş Novruzovun siyasi partiyalara məsləhəti

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanda siyasi partiyalardan maliyyə hesabatı zamanı auditor rəyinin tələb olunacağı məsələsinə aydınlıq gətirib.

S.Novruzov Trend-ə açıqlamasında bildirib ki, burada məqsəd siyasi partiyaların maliyyələşməsində şəffaflığı təmin etməkdir:

"Siyasi partiyalar həm dövlət büdcəsindən aldığı vəsait, həm də özünün topladığı üzvülük haqqı, ianələr və digər vəsaitlər haqqında Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməlidir. Götürək ki, hər hansı bir xarici təşkilat ilə şərik olan təşkilat və yaxud dövlət qurumu ilə şərik olan təşkilatlar, dini qurumlar və digər təşkilatlar siyasi partiyalara ianələr köçürə bilməz. Buna görə də hesabat təqdim olunanda orada maliyyənin mənbəyi də göstərilməlidir. Bu baxımdan auditor rəyinin təqdim edilməsi də vacibdir".

Qeyd edək ki, "Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq. Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti