...

Sergey Lavrov: Rusiya və Azərbaycanın tərəfdaşlığı Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir

Siyasət Materials 25 May 2015 14:24 (UTC +04:00)
Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı ikitərəfli əməkdaşlıq və Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir.
Sergey Lavrov: Rusiya və Azərbaycanın tərəfdaşlığı Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir

Azərbaycan, Bakı, 25 may /Trend/

Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı ikitərəfli əməkdaşlıq və Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi danışıqların yekunu üzrə təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkənin iqtisadi əlaqələri inkişaf edir, əmtəə dövriyyəsi tarixi maksimuma çatıb və ötən illə müqayisədə 12 faiz artıb.

S.Lavrov qeyd edib ki, bu ildə də müsbət dinamika müşahidə edilir: "Rusiyanın bir çox regionları Azərbaycanla əlaqə saxlayır. Yekaterinqburqda VI Rusiya-Azərbaycan forumunun keçirilməsinə hazırlıq görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti