...

Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimləri (VİDEO)

Siyasət Materials 25 May 2015 16:01 (UTC +04:00)
Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimlərinin videogörüntüsü yayılıb.
Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimləri (VİDEO)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlkin İzzət/

Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimlərinin videogörüntüsü yayılıb.

Trend Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunduğu birgə taktiki təlimlər keçirilmişdi.

Təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak etmişdi.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını icra etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti