...

Asim Mollazadə: “Yerevandakı hadisələrə reaksiyanın olmamasının arxasında erməni diasporu durur”

Siyasət Materials 25 İyun 2015 14:44 (UTC +04:00)
Beynəlxalq ictimaiyyətin Yerevandakı hadisələrə reaksiya verməməsinin arxasında güclü erməni diasporu durur və diasporun dəstəyinə arxalanan Ermənistan hakimiyyəti istədiyi hər şeyi edir.
Asim Mollazadə: “Yerevandakı hadisələrə reaksiyanın olmamasının arxasında erməni diasporu durur”

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Səba Ağayeva/

Beynəlxalq ictimaiyyətin Yerevandakı hadisələrə reaksiya verməməsinin arxasında güclü erməni diasporu durur və diasporun dəstəyinə arxalanan Ermənistan hakimiyyəti istədiyi hər şeyi edir.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, güclü erməni diasporunun bir çox ölkələrdə - ABŞ, Fransa və digər Avropa ölkələrində güclü təsir gücü var: "Yerevanda son həbslər və jurnalistlərin döyülməsi, güc tətbiq etməklə etirazçıların dağıdılması - sosial və iqtisadi süquta məruz qalan ölkədəki bütün bu hadisələr beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmir".

A.Mollazadə qeyd edib ki, dünyada heç kim Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə və etnik təmizləmə aparmasına məhəl qoymursa, onda Yerevandakı son "xırda məsələlər", sözsüz, diqqətə səbəb ola bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti