...

Rauf Əliyev: "Avropa Oyunlarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmuşdu"

Siyasət Materials 1 İyul 2015 13:55 (UTC +04:00)
""Bakı 2015" birinci Avropa Oyunlarında təhlükəsizlik məsələləri ən yüksək səviyyədə təmin olunmuşdu". Bunu Trend-ə millət vəkili Rauf Əliyev ilk Avropa Oyunlarının təşkil olunması ilə bağlı məsələyə münasibətini bildirərkən deyib.
Rauf Əliyev: "Avropa Oyunlarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmuşdu"

Azərbaycan, Bakı, 1 iyul /Trend/

""Bakı 2015" birinci Avropa Oyunlarında təhlükəsizlik məsələləri ən yüksək səviyyədə təmin olunmuşdu". Bunu Trend-ə millət vəkili Rauf Əliyev ilk Avropa Oyunlarının təşkil olunması ilə bağlı məsələyə münasibətini bildirərkən deyib.

R.Əliyev qeyd edib ki, artıq "Bakı 2015" birinci Avropa Oyunları tarixə çevrildi: "İyulun 12-dən 28-ə kimi bütün dünyanın diqqəti Azərbaycana, Bakıya yönəlmişdi. Rekord bir müddətə - cəmi 30 ay ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə həyata keçirilən təşkilatçılıq tədbirləri nəticəsində Oyunlarıın keçrilməsi üçün lazım olan idman arenaları və bütün infrostrukturlar ən yüksək səviyyədə hazırlanıb yarış iştirakçılarının istifadəsinə verildi. Yarışlarda Avropanın 50 ölkəsindən 6000 minə yaxın idmançı iştirak etdi. İştirakçı ölkələrdən nümayəndə heyətləri, qonaqlar, dünyanın bir çox yerlərindən ölkəmizə gələn turistlər Bakı ilə Azərbaycanla yaxından tanış oldular".

Millət vəkili bildirib ki, Oyunlara hazırlıq prosesində ən mühüm məsələlərdən biri isə yarışların keçirildiyi müddətdə idmançıların, ölkəmizə gələn qonaqların, turistlərin, ümumilkdə bu möhtəşəm idman bayramının təhlükəsizliyini təmin etməkdən ibarət idi: "Heydər Əliyev Beynəlxalq Aeroportunda gələn idmançıların, qonaqların qarşılanmasından başlayaraq onların "Atletlər kəndində" qalacaqları otellərə çatdırılmaları, oradan yarışların keçirildiyi arenalara çatdırılmaları, eləcə də yarışların keçirildiyi zaman həmin idman obyektlərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həll olunmuşdu. Qeyd etmək lazımdır ki, ölkənin güc strukturları rəhbərləri "Bakı 2015" Avropa Oyunları Təşkilat Komitəsinin üzvləri kimi qarşılarında qoyulan vəzifələri ən yüksək səviyyədə həll edə bildilər".

R.Əliyev onu da bildirib ki, 2000-ci il Sidney (Avstraliya), 2004-cü il Afina (Yunanıstan), 2008-ci il Pekin (Çin) və 2012-ci il London (İngiltərə) Yay Olimpiya oyunlarında iştirak edən bir mütəxəssis kimi deyə bilərəm ki, bu oyunların təşkilatçıları təhlükəsizlik məsələlərinin həllində beynəlxalq qurumların və digər dövlətlərin köməyindən istifadə ediblər: "Azərbaycan isə bu məsələləri özü təkbaşına çox uğurla həll edə bildi. Hamıya məlumdur ki, istər Oyunlar ərəfəsində, istərsə də, Oyunlar zamanı Azərbaycanı istəməyən qüvvələr ölkəmizdə sabitliyi pozmağa yönəlmiş bir sıra müxtəlif qarayaxma kampaniyaları apardı. Amma istəklərinə nail ola bilmədilər. Xalq öz Prezidentinin ətrafında daha sıx birləşərək bütün dünyaya göstərdi ki, heç bir təzyiq Azərbaycanı öz seçdiyi yoldan döndərə bilməz. Təhlükəsizliyi təmin edən güc strukturları - Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Sərhəd Qoşunlarının şəxsi heyəti "Bakı 2015" birinci Avropa Oyunları ərəfəsində, Oyunlar zamanı işlərini çox peşəkar səviyyədə təşkil etdi və bu müddətdə xoşagəlməz hadisə qeydə alınmadı. Bu strukturların nümayəndələri gecə-gündüz yarış iştirakçılarının, nümayəndə heyətlərinin, qonaqların, turistlərin təhlükəsizliklərini yüksək səviyyədə təmin etdilər".

Millət vəkili sonra bildirib ki, bu dövrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın sərhəd bölgələrdəki mövqeləri daha çox atəşə məruz qaldı: "Onlar müxtəlif profokasiyalara əl atdılar. Lakin silahlı qüvvələrimiz tərəfindən düşmənə layiqli cavab verildi. Bütün bunlar göstərir ki, artıq Azərbaycan güclü iqdisadiyyata, güclü orduya, əhalinin təhlükəsizliyini, dövlətimizin maraqlarının qorunmasını təmin edən yüksək səviyyəli peşəkar kadrlardan ibarət güc strukturlarına malik bir dövlətə çevrilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti