...

İlham Əliyev Hindistan Prezidentinə başsağlığı verib

Siyasət Materials 28 İyul 2015 16:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı verib.
İlham Əliyev Hindistan Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı verib.

Başsağlığında deyilir: "Hindistan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı xəbəri məni çox kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti