...

Əli Həsənov: Jurnalist Rasim Əliyevin vəfatı ilə bağlı məsələ ciddi araşdırılır

Siyasət Materials 9 Avqust 2015 14:30 (UTC +04:00)
Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır
Əli Həsənov: Jurnalist Rasim Əliyevin vəfatı ilə bağlı məsələ ciddi araşdırılır

Azərbaycan, Bakı, 9 avqust /Trend/

"Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır".

Bunu Trend-ə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatə ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.

PA rəsmisi qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək: "Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti