Azərbaycan, Bakı, 17 avqust /Trend /
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 2 əməkdaşına fəxr adların verilməsi bağlı Sərəncam imzalayıb.
Trend xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova "Əməkdar jurnalist" fəxri adı, Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Araz oğlu Qasımova "Əməkdar həkim" fəxri adı verilib.