...

Səfirlik: Beyrutda Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur

Siyasət Materials 25 Avqust 2015 13:18 (UTC +04:00)
Beyrutda baş verən iğtişaşlar Livanda həmişəlik və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə təhlükə törətmir.
Səfirlik: Beyrutda Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Səba Ağayeva/

Beyrutda baş verən iğtişaşlar Livanda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə təhlükə törətmir. Bu barədə Trend-ə Azərbaycanın Livandakı səfirliyinin attaşesi Ramil Bağırov deyib.

Hazırda Beyrutda Livan vətəndaşları ilə ailə həyatı quran bir neçə Azərbaycan vətəndaşı və ölkənin müxtəlif universitetlərində təhsil alan bir qrup tələbə yaşayır. Diplomat qeyd edib ki, bu vətəndaşların hamısı iğtişaşların baş verdiyi mərkəzdən uzaqda yaşayır.

O bildirib ki, səfirliyin yerləşdiyi diplomatik rayon nümayişin keçirildiyi yerdən uzaq məsafədədir.

Diplomatik missiya Beyrutda yaşayan vətəndaşlarımıza ehtiyatlı davranmağı və insanların kütləvi toplaşdığı yerlərdən uzaq olmağı tövsiyyə edib.

Problem yarandığı təqdirdə vətəndaşlar səfirliklə aşağıdakı telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər: +9614524489.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti