Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2015" birgə taktiki təlimləri bu gün də davam etdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.
Təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra ediblər.