...

Zakir Həsənov hərbi hissələrin hazırlığını yoxlayıb (FOTO)

Siyasət Materials 9 Sentyabr 2015 11:37 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb.
Zakir Həsənov hərbi hissələrin hazırlığını yoxlayıb (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hərbi oyunların ssenarisinə əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Hərbi oyunlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti