...

Siyavuş Novruzov: YAP-da 53 nəfərin namizədliyi yenidən irəli sürülüb

Siyasət Materials 15 Sentyabr 2015 16:29 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərindən 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb.
Siyavuş Novruzov: YAP-da 53 nəfərin namizədliyi yenidən irəli sürülüb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərindən 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Bunu Trend-ə YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.

S.Novruzov qeyd edib ki, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatların əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb.

Onun sözlərinə görə, namizədlikləri irəli sürülməyənlər əsasən rektor vəzifəsində çalışan deputatlardır: "Seçim qoyuldu: ya rektorluq, ya da parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti