...

Çexiya Prezidenti Miloş Zeman və xanımı Dövlət Bayrağı Meydanında olublar (FOTO)

Siyasət Materials 17 Sentyabr 2015 14:00 (UTC +04:00)
Çex Respublikasının Prezidenti Miloş Zeman və xanımı İvana Zemanova sentyabrın 17-də Dövlət Bayrağı Meydanı ilə tanış olublar.
Çexiya Prezidenti Miloş Zeman və xanımı Dövlət Bayrağı Meydanında olublar (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Çex Respublikasının Prezidenti Miloş Zeman və xanımı İvana Zemanova sentyabrın 17-də Dövlət Bayrağı Meydanı ilə tanış olublar.

Trend-in məlumatına görə, Çexiya Prezidentinə və xanımına Dövlət Bayrağı Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Dövlət Bayrağı Muzeyi ilə tanış olan Prezident Miloş Zeman və xanımı burada nümayiş etdirilən eksponatlar haqqında məlumatlandırılıblar.

Ali qonaq muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonda Çexiya dövlətinin başçısına xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti