...

Azərbaycan və Qərbi Avstraliya parlamentlərində dostluq qrupları yaradılacaq

Siyasət Materials 23 Sentyabr 2015 12:14 (UTC +04:00)
Azərbaycan və Qərbi Avstraliya parlamentlərində dostluq qrupları yaradılacaq.
Azərbaycan və Qərbi Avstraliya parlamentlərində dostluq qrupları yaradılacaq

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Qərbi Avstraliya parlamentlərində dostluq qrupları yaradılacaq.

Trend-in məlumatına görə, Avstraliya tərəfi bu təşəbbüslə Milli Məclisin deputatı Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupundan ibarət nümayəndə heyətinin Qərbi Avstraliya parlamentinin spikeri Maykl Sazerlend ilə Pert (Avstraliya) şəhərində görüşündə çıxış edib.

Görüşdə ticari-iqtisadi əməkdaşlıq məsələləri, biznes forumların təşkili, birgə investisiyaların cəlb edilməsi, iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Qərbi Avstraliya qitənin üçdə birini tutan ən iri ştatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti