...

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib (FOTO)

Siyasət Materials 15 Oktyabr 2015 17:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfərə gəlib.
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti