...

İlham Əliyev Nikita Mixalkovu 70 illik yubileyi münasibətilə təbrik etdi

Siyasət Materials 20 Oktyabr 2015 12:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikita Mixalkovu 70 illik yubileyiniz münasibətilə təbrik edib.
İlham Əliyev Nikita Mixalkovu 70 illik yubileyi münasibətilə təbrik etdi

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikita Mixalkovu 70 illik yubileyi münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Sizi - Rusiya mədəniyyətinin görkəmli xadimlərindən birini 70 illik yubileyiniz münasibətilə təbrik edirəm, Sizə xoşbəxtlik, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayıram.

Sizin parlaq istedadınız, bugünkü və uzaq keçmişə aid hadisələrə qeyri-ordinar baxışlarınız milyonlarla pərəstişkarınızın bu qədər sevdiyi və tanıdığı bənzərsiz dəst-xəttinizi formalaşdırmağa imkan verib. Böyük rus mədəniyyəti ənənələrini qoruyub saxlamaq və artırmaq istəyi, rus xalqının tarixi zəfərlərinə görə qürur və dövlətçilik ideyasına sədaqət Sizin bütün yaradıcılığınıza nüfuz edib. Dünya kinematoqrafının inkişafına Sizin sanballı töhfəniz bir sıra prestijli mükafatlarla layiqincə qiymətləndirilib.

Sizin çoxşaxəli ictimai fəaliyyətiniz, heç şübhəsiz, postsovet məkanında humanitar əməkdaşlığın formalaşmasına böyük təsir göstərir. Ümidvaram ki, Sizin Azərbaycanın gənc kinematoqrafçıları ilə bu ilin baharında başlanmış səmərəli dialoqunuz yeni istedadlar yetişdirilməsinə və Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradacaq.

Sizə uzun ömür diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti