...

Elmar Məmmədyarov Paskal Mönyeyə uğurlar arzuladı

Siyasət Materials 21 Oktyabr 2015 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, P.Mönye diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti