...

IV Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar müzakirələr aparılıb

Siyasət Materials 26 Oktyabr 2015 13:47 (UTC +04:00)
IV Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar Balkan ölkələrində görüşlər keçirilib.
IV Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar müzakirələr aparılıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

IV Qlobal Bakı Forumuna hazırlıqla əlaqədar Balkan ölkələrində görüşlər keçirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Monteneqro Prezidenti Filip Vuyanovic, Xorvatiya Prezidenti Kolinda Kitaroviç 2016-cı ilin martında keçirilməsi planlaşdırılan 4-cü Qlobal Bakı Forumuna hazırlıq məqsədi Balkan ölkələrində səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsini qəbul edib. Səfər çərçivəsində Xorvatiyanın sabiq Prezidentləri Stepan Mesiç və İvo Yosipoviçlə də görüşlər keçirilib.

Görüşlərdə oktyabrın 9-10-da Bolqarıstanda təşkil edilmiş Ali Səviyyəli Toplantının nəticələri müzakirə edilib. Bundan başqa, IV Qlobal Bakı Forumu və toplantıda müzakirəyə çıxarılacaq məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropanı və dünyanı narahat edən mövzuların müzakirə ediləcəyi qlobal bir platforma yaratmasının əhəmiyyəti vurğulanıb. Monteneqro və Xorvatiya Prezidentləri təşkilatın növbəti Ali Səviyyəli Toplantılarını öz ölkələrində keçirilməsini təklif edib.

Qeyd edək ki, Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti