...

Allahşükür Paşazadə Rusiyaya gedir

Siyasət Materials 27 Oktyabr 2015 14:46 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Rusiya Federasiyasına səfərə yola düşəcək.
Allahşükür Paşazadə Rusiyaya gedir

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Rusiya Federasiyasına səfərə yola düşəcək.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Moskva şəhər hökumətinin təşkilatçılığı, Rusiya Prezidenti yanında Dini Təşkilatlarla İş üzrə Şuranın Beynəlxalq əməkdaşlıq komissiyasının, habelə Rusiya Dinlərarası Şurasının dəstəyi ilə oktyabrın 29-da keçiriləcək "Din və Sülh" mövzusunda III Moskva Beynəlxalq Forumuna dəvət əsasında həyata keçirilir.

Şeyxülislam A.Paşazadə Beynəlxalq Forumun plenar iclasında məruzə ilə çıxış edəcək.

QMİ sədri səfər çərçivəsində Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşəcək. Səfər müddətində digər görüşlərin də keçiriləcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti