...

Azərbaycanın müdafiə naziri Qazaxıstanın Baş naziri ilə görüşüb

Siyasət Materials 5 Noyabr 2015 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 5-də bu ölkənin Baş naziri Kərim Məsimovla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, eyni zamanda ölkələrimizin Müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti