...

Zakir Həsənov İsveçrə səfiri ilə görüşüb

Siyasət Materials 12 Noyabr 2015 17:01 (UTC +04:00)
Zakir Həsənov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşüb.
Zakir Həsənov İsveçrə səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti