...

Elmar Məmmədyarov “G20” ölkələri liderlərinin Sammitində işçi naharda iştirak edib

Siyasət Materials 15 Noyabr 2015 20:04 (UTC +04:00)
G20-nin Türkiyənin Antalya şəhərində keçirilən zirvə toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tərəfindən tədbirdə dövlət və hökumət başçılarını müşayiət edən bir qrup xarici işlər nazirlərinin iştirakı ilə işçi nahar keçirilib.
Elmar Məmmədyarov “G20” ölkələri liderlərinin Sammitində işçi naharda iştirak edib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

G20-nin Türkiyənin Antalya şəhərində keçirilən zirvə toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tərəfindən tədbirdə dövlət və hökumət başçılarını müşayiət edən bir qrup xarici işlər nazirlərinin iştirakı ilə işçi nahar keçirilib.

Trend-in məlumatına görə, işçi naharda Azərbaycan Respublikası, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Meksika, Cənubi Koreya, İndoneziya, Afrika İttifaqının hazırki sədri statusunda Zimbabve, Argentina və Çinin xarici işlər nazirləri, Böyük Britaniyanın isə Dövlət naziri iştirak edib.

Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

İşçi nahat əsnasında xarici işlər nazirləri tərədindən terrorizm, miqrasiya və ekstremizm məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti