...

İlham Əliyevin ünvanına ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 28 Dekabr 2015 15:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına ad günü münasibətilə təbriklər gəlməkdə davam edir.
İlham Əliyevin ünvanına ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına ad günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən:

"Cənab Prezident, əziz qardaşım,

Regionumuzun və dünyamızın yaşamaqda olduğu siyasi, iqtisadi və insani böhrana baxmayaraq, dost və qardaş Azərbaycanın Zati-alinizin müdrik liderliyi sayəsində sabitliyini və rifahını davam etdirəcəyinə bütün varlığımla inanıram.

Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq tellərindən alan münasibətlərimizin ölkələrimizin güclü əməkdaşlıq və həmrəylik ruhu sayəsində hər ötən gün daha da gücləndiyini məmnunluq hissi ilə müşahidə edirəm.

Gələcək nəsillərin ümumi mənafeyinə xidmət edəcəyinə səmimiyyətlə inandığım əlaqələrimizin qüvvətlənməyə davam etməsi ən böyük arzumdur. Dövlət və siyasət həyatımın hər dövründə olduğu kimi, gələcəkdə də bu istiqamətdəki təşəbbüslərimi davam etdirəcəyimi bir daha təsdiq etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlıq və rifahının davam etməsi üçün ən gözəl diləklərimi ifadə edirəm".

x x x

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz yüksək peşəkarlığınız, müdrikliyiniz və dövlət əhəmiyyətli qərarlar qəbul edilməsində strateji uzaqgörənliyiniz sayəsində haqlı olaraq Azərbaycan xalqının həqiqi lideri imici qazanmısınız.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında tarixən yaranmış mehriban qonşuluq münasibətləri, mədəni və iqtisadi əlaqələr çoxtərəfli əməkdaşlığımızın daha da inkişaf etməsini təmin edəcək.

Sizə möhkəm cansağlığı, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti