Bakı. Trend:
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.
Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.
Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası
03.01.2015 |
Zabit Karen Qriqoryan |
05.01.2015 |
Soyadı göstərilməyən 2 hərbi qulluqçu |
05.01.2015 |
Каren Mirzəyan |
17.01.2015 |
Hərbi qulluqçu Arman Arutyunyan |
17.01.2015 |
Маyor Artur Vardevanyan |
20.01.2015 |
Hərbi qulluqçu Suren Pilosyan |
21.01.2015 |
Hərbi qulluqçu Naapet Asatryan |
21.01.2015 |
Kiçik çavuş Arman Udumyan |
23.01.2015 |
Leytenant Karen Qalustyan |
26.01.2015 |
Baş leytenant Samvel Zurabyan |
29.01.2015 |
Aykaz Barseqyan |
05.02.2015 |
Hərbi qulluqçu Şekspir Akopyan |
11.02.2015 |
Baş leytenant Tiqran Simonyan |
14.02.2015 |
Kiçik çavuş Arman Osipyan |
27.02.2015 |
Albert Safaryan |
28.02.2015 |
Artak Aqekyan |
03.03.2015 |
Arsen Karapetyan |
06.03.2015 |
Samvel Mirzəyan |
19.03.2015 |
Akop Xaçaturyan |
21.03.2015 |
Çavuş Ayk Marqaryan |
29.03.2015 |
Ovsep Andreasyan |
07.04.2015 |
Baş gizir Ayk Keşioqlyan |
10.04.2015 |
Əsgər Artur Arakelyan |
17.04.2015 |
Əsgər Artem Tovmasyan |
08.05.2015 |
Əsgər Arutyun Ambaryan |
29.05.2015 |
Xdr Saroyan |
05.06.2015 |
Mayor Sarkis Maykl S. |
07.06.2015 |
Sirak Gevorqyan |
11.06.2015 |
Edqar Melkonyan |
26.06.2015 |
Müqaviləli Arman Epremyan |
30.06.2015 |
Leytenant Marvik Məlikyan |
05.07.2015 |
Sasun Ziroyan |
22.07.2015 |
Qalust Verdoyan |
05.08.2015 |
Arsen Unanyan |
12.08.2015 |
Siravi Karen Ovanesyan |
16.08.2015 |
İvan Babayan |
19.08.2015 |
Müqaviləli əsgər Aşot Ovanesyan |
03.09.2015 |
Ayk Devoyan |
04.09.2015 |
Marat Xaçanyan |
04.09.2015 |
Mayor Qriqor Saakyan |
06.09.2015 |
Hərbi qulluqçu Narek Arutyunyan |
18.09.2015 |
Hərbi komisar Derenik Papyan |
21.09.2015 |
Zabit Suren Davtyan |
25.09.2015 |
Hərbi qulluqçular |
14.10.2015 |
Babken Saruxanyan |
24.10.2015 |
Arutyun Akopyan |
05.11.2015 |
Levon Tonoyan |
06.11.2015 |
Xaçik Poqosyan |
13.11.2015 |
Vaqa Vanoyan |
15.11.2015 |
Vardan Mamikonyan |
28.11.2015 |
əsgər Qevorq Xaçaturyan |
30.11.2015 |
Bir nəfər həlak olan |
04.12.2015 |
Erik Qriqoryan |
09.12.2015 |
Qarik Avanesyan |
11.12.2015 |
Leytenant Vardan Vardanyan |
12.12.2015 |
Karen Qriqoryan |
18.12.2015 |
Qor Oqanyan |
19.12.2015 |
Sidar Aloyan |
20.12.2015 |
Kəşfiyyat zabiti Taron Karapetyan |
21.12.2015 |
Əsgər Stepan Qalustyan |
25.12.2015 |
Karen Akulyan |
Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.
Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.
2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.
Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib.