...

Vətəndaşlardan daxil olan müraciətlərin sayı az olan idarə və təşkilatların adı açıqlandı - SİYAHI

Siyasət Materials 12 Fevral 2016 10:20 (UTC +04:00)
Mərkəzi icra hakimiyyəti orqanlarına il ərzində daxil olmuş müraciətlərin 27,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 72,9 faizi isə bilavasitə vətəndaşlardan daxil olub.
Vətəndaşlardan daxil olan müraciətlərin sayı az olan idarə və təşkilatların adı açıqlandı - SİYAHI

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanlarına il ərzində daxil olmuş müraciətlərin 27,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 72,9 faizi isə bilavasitə vətəndaşlardan daxil olub. Vətəndaşlardan bilavasitə daxil olan müraciətlərin sayı Mərkəzi Bank, "Azərişıq", "Azərenerji", "Azneftkimyamaş" ASC-lərdə, "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatında daha az olub.

Trend-in məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da dərc edilmiş "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" adlı təhlil materialında qeyd olunub.

Materialda qeyd olunub ki, 2015-ci ildə dövlət orqanlarının mərkəzi aparatlarına daxil olmuş müraciətlər 2014-cü illə müqayisədə 4,8 faiz azalıb. Həmin müraciətlərin 70 faizi ərizə, 29,5 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir.

2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin 33,6 faizi müsbət həll olunub, 28,6 faizi aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 24,9 faizinə müvafiq izahat verilib, 9,1 faizi əsassız sayılıb, 3,8 faizi icradadır. Yerli icra hakimiyyəti orqanlarında isə daxil olan müraciətlərin 34,5 faizi müsbət həll olunub, 45,7 faizinə müvafiq izahat verilib, 9,6 faizi isə aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 6 faizi əsassız sayılıb, 4,2 faizi icradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti